Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
30-01-2024, 15:51

Lüks həyatını, məşurlarla dostluğunu sosial şəbəkələr vasitəsi ilə gündəmə gətirməkdən çəkinməyən, SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin sabiq rəisi  Adnan Əhmədzadənin ikinci Həyat yoldaşı Gülsəfa Cəfərova sabiq hüquq təmsilçisinin qızı imiş.


AZİNFORM.AZ xəbər verir ki, son dönəm daha çox işi adamı kimi təqdim edilən (etdirən) Adnan Əhmədzadənin xanımı, hüquq siyasəti şöbəsinin müdir müavini Osman Cəfərovun qızıdır.


Osman Cəfərov 2022-ci ildə dünyasını dəyişib. O.Cəfərov əslən Qazaxın Şıxlı kəndindən olub. Mərhum gənclik illlərində təhsil almaq üçün Bakıya gəlib və bundan sonra ömrünün qalan həyatını paytaxtda yaşamağa davam edib. Onun övladlarından 1992-ci il təvəllüdlü Gülsəfa Cəfərova İngiltərədə təhsil alıb.


Cütlüyün tanış olma hekayəsi də elə orada baş verib.


Son zamanlar cütlük hər yerə birlikdə gedir, istər  Kann Film Festivalında “The İdol” filminin premyerasında, istərsə də digər dünya səviyyəli şəxslərin evlərinə qonaq gedərkən birlikdə boy göstərirlər.


Adnan Əhmədzadənin sosial şəbəkədəki paylaşımlarından da görünür ki, o, məftunedici həyatında güzəştə getmir.


Qeyd edək ki, A.Əhmədzadə 2006-cı ildən SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olub, “SOCAR-Trading”ə rəhbərlik edib. Vəzifəsindən azad edildikdən cəmi bir il sonra Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İspaniyada biznesmen kimi tanınır.






up