"Kiosk press"-də siqaretlərin qiyməti süni şəkildə artırılır - ARAŞDIRMA
26-05-2022, 22:00

Azərbaycanda siqaretlərin qiymətlərini tənzimləyən qurum yoxdur. Heç kəs bu məsələdə özünü günahkar bilmir

AZİNFORM.AZ-ın araşdırmalarına görə son dövrlə Rusiyanın Ukrayna ilə müharibəsindən sonra bəzi işbazlar süni olaraq vəziyyətdən istifadə edirlər. Köşklərdə qiymətlər günü-gündən bahalaşdırılır. Mətbuatda gedən yazılarda bu qiymətin 30 qəpik olduğunu yazsalar da saytımızın araşdırmalarına görə bu qiymət artıq 1.60 manatı civarındadır. Məsələn əvvəllər "sobranie" siqareti 3.90 qəpiyə satılırdısa indi bu qiymətlər 5.50 manata qədər qalxıb. Ümumiyyətlə Azərbaycanda istehsal olunan bu siqaretin bir neçə həftəlik ölkədə hətta qıtlığı da yarandı.

Bahalaşma ilə bağlı satıcıların açıqlaması standartdır: "Siqareti baha qiymətə alırıq deyə məcbur şəkildə biz də baha qiymətə satırıq..."

Qeyd edək ki, "Kiosk press" köşklərinə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin nəzarət edir. Ümüd edirik qəzet köşklərində qəzetdən başqa hər cür məhsul  satan və süni qiymət artımı edən  alverçilərlə bağlı aidiyyəti qurumlar maraqlanıb ölçü götürəcəklər.





up