Qarabağdakı rejimin iki "prezidenti" qandallanıb, Bakıya gətirildi - FOTOLAR
3-10-2023, 19:20

Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Musavat.com çoxsaylı mənbələrə dayanaraq bu məlumatı yayır.

İctimaiyyətə bu xoş xəbəri verməklə bərabər, inanırıq ki, bu şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.






up