141 saylı orta məktəbdə RÜŞVƏT - Valideynlər HARAY ÇƏKİR...
22-05-2022, 22:55

Suraxanı rayonu, 141 saylı orta məktəbin direktoru Fərəh Hüseynovanın şagirddən pul istədiyi iddia edilir.

Məlumata görə, valideynlər bildirir ki, pulu verməyə imkanı olmayan şagird məktəbdən qovulub.

Direktorla görüşmək istəyən şagirdin valideyni isə məktəbə buraxılmayıb.

Faktla əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq... /dia.az/





up