16 may 2023-cü il tarixində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM), Avropa Ittifaqı və Dövlət Miqrasiya Xidməti (DMX) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün İnteqrasiya Proqramı çərçivəsində Odlar Yurdu Universitetinin xarici tələbələri və BMT QAK tərəfdaşlığı ilə Əfqanıstan icmasından olan xanımların mədəniyyət və ənənələri paylaşmaq, yerli əhali və miqrantları, qaçqınları tədbirlər və şəbəkələşmə fəaliyyətləri vasitəsilə bir araya gətirilməsi məqsədilə Azərbaycan Uşaqları İctimai Birliyinə səfəri təşkil olunmuşdur.
Görüş zamanı təşkilatın əməkdaşları və qonaqlarla, həmçinin təşkilatın nəzdində fəaliyyət göstərən Reabilitasiya və Reinteqrasiya mərkəzinin sakinləri ilə tanışlıq mərasimi keçirildi. Daha sonra mərkəzin fəaliyyəti haqqında məlumat verildi, mərkəzin sakinləri öz əl işlərini qonaqlara nümayiş etdirdilər və sonda qonaqlara kiçik hədiyyələr təqdim olundu. Onu da qeyd edək ki, qonaqlar görüş zamanı Afrika qızları adlanan əl işinin hazırlanmasında yaxından iştirak etdilər. Mərkəzin kiçik xor qrupları qonaqlarla birlikdə piano ətrafında yığışaraq musiqi ifa etdilər. Görüş qonaqların hazırladıqları əfqan milli şirniyyatları ilə çay süfrəsində yekunlaşdırıldı.
Facebook
Вконтакте
Одноклассники
Google+