Oqtay Əliyevin "Yeni Ulduz"ları - Bu layihə ilə tanınan MƏŞHURLAR / FOTOLAR
24-03-2023, 15:21

Bir neçə gün öncə baş verən ağır avtomobil qəzasında əməkdar mədəniyyət işçisi, prodüser Oqtay Əliyev vəfat edib. 

Heç kimə sirr deyil ki, Oqtay Əliyev Azərbaycan şou-biznesində  bir çox məşhur müğənnilərin öz karyerasında  ilk addım atmaları üçün onlara kömək edib. Onun rəhbərlik etdiyi "Yeni ulduz" layihəsində iştirak etmiş bir çox gənc, hal-hazırda tanınmış müğənnilərdir.

AZİNFORM.AZ sizə onlardan bəzilərini təqdim edir:

“Yeni ulduz” yarışması ilə tanınan Aygün İsmayılova 2013-cü ildə Haluk adlı türk vətəndaşı ilə evlənərək sənətdən uzaqlaşıb. Cütlük hazırda İstanbulda yaşayır. Xoşbəxt ailə həyatı olan sənətçi hələ ki sənətə qayıtmaq haqqında fikiləşmir.

"Eurovision" qalibi Eldar Qasımov "Yeni ulduz" mahnı yarışmasının seçim turunda iştirak edib. Tanınmış müğənninin o zamanlar 15 yaşı olub.

"Yeni Ulduz" layihəsinin qalibi, tanınmış müğənni Vuqar Muradovunda məşhurluq yolu "Yeni Ulduz" layihəsindən keçib.

Tanınmış müğənni Sevda Yəhyayeva 2005-ci ildə Azad Azərbaycan telekanalında yayımlanan "Yeni ulduz" müsabiqəsinə qatılmış və müsabiqəni 3-cü yerdə uğurla başa vurmuşdur.

Az müddət də olsa yüksək səviyyə məşhurluq qazanan mərhum müğənni Rəcəb Musayev də   "Yeni ulduz" müsabiqəsinin qalibi olmuşdur.

"Yeni ulduz 4"də birincilik adını İlhamə Qasımova qazanıb. Hazırda İlhamə müğənnilik fəaliyyətini davam etdirir. O, xaricdə də bir çox layihələrə imza atıb.  

"Yeni ulduz 7"nin qalibi isə Çingiz Mustafayev olub. Çingiz müğənnilik karyerasını davam etdirməklə yanaşı, xaricdə keçirilən müsabiqələrə də qatılır.  

"Yeni ulduz 8"in qalibi Safurə Əliyeva olub. Müsabiqədən sonra Safurə müğənni kimi karyerasına davam edib və ölkəmizin "Eurovision" təmsilçilərindən olub. Bir neçə il bundan əvvəl isə Safurə energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub və sənətdən uzaqlaşıb.  

Məşhur müğənni Elvin Abdullayev də Yeni Ulduz” mahnı müsabiqəsinin iştirakçılarından olub.


AZİNFORM.AZ






up