Bakıda baş verən atışma ilə bağlı yeni faktlar bəlli olub.
Bakupost.az –ın məlumatına görə, hadisə kriminal aləmdə Nicat Lənkəranski kimi tanınan şəxsə görə olub.
Belə ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsində, "Vurğun Rezidens"də yerləşən zala məşqə gələn Nicat oradan çıxarkən silahlı hücuma məruz qalıb. Naməlum şəxs onu öldürməyə cəhd etsə də alınmayıb.
Nəticədə ətrafdakı 2 nəfər xəsarət alıb.
Qeyd edək ki, “Globalinfo” Nicat Lənkəranski ilə bağlı xəbər yaymışdı.
Faktla bağlı araşdırma aparılır.
Facebook
Вконтакте
Одноклассники
Google+