Gəncədə sürücülər yol hərəkəti QANUNUNA niyə əməl etmir? - VİDEO
27-11-2022, 14:17

Gəncədə sürücülər və hətta yol polisi belə dairəvi hərəkət təşkil edilmiş yerlərdə artıq dairəyə daxil olmuş avtomobilə yol vermirlər.

AZİNFORM.AZ xəbər verir ki, Gəncə şəhərində yerləşən bir neçə məşhur dairəvi yollarda çəkiliş aparılan zaman bu qanuna zidd hərəkət forması müəyyən edilmişdir.

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən dairəvi hərəkət təşkil edilmiş yerlərdə yol hərəkətiı dairədə olan avtomobilin hərəkət üstünlüyü ilə tənzimlənir. Ancaq buna baxmayaraq Gəncədə bu qanun nəzərə alınmır. Gəncə şəhərində yerləşən dairəvi yollarda avtoimobillər dairədə olan nəqliyyat vasitəsinə yol vermirlər. Ən dəhşətli tərəfi odur ki, bu cür qanunsuzlu hətta YPX əməkdaşları da edirlər. Çəklilən görüntülərdə də gördüyünüz kimi dairədə olan YPX avtomobili də bu qaydanı ciddi şəkildə pozur. Gəncə Azərbaycan şəhəri olduğu üçün Azərbaycanın qanunlarına riayət etməsi də çox vacibdir.  Araşdırmalar zamanı məlum oldu ki, Azərbaycanın bir çox rayonlarında dairəvi yollarda eynən bu formada qanuna uyğunsuzluq var. Bu tip çaşğınlıqlar rayon və paytaxtdan kənar ərazilərdə yaşayan sürücülərin Bakı şəhərində hərəkəti, ciddi çaşğınlıqlara və avtoqəzalara səbəb ola bilər.

AZİNFORM.AZ həmin görüntüləri sizə təqdim edir:






up