Rusiya İrandan yeni PUA-lar sifariş etdi
15-10-2022, 20:52

Rusiya İrandan yeni "Arash-2" pilotsuz uçuş aparatları sifariş edib.

Azinform.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu PUA-ların döyüş başlığı Rusiya Silahlı Qüvvələrinin Ukraynada xüsusi əməliyyat zamanı istifadə etdiyi İranın "Geran 2" pilotsuz uçuş aparatlarından xeyli böyükdür.

Hazırda adıçəkilən silahların Rusiyaya ötürülməsi müzakirə olunur.  





up