İsrailin Qəzzaya endirdiyi raket zərbələri nəticəsində 10 nəfər ölüb
6-08-2022, 01:03
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

İsrail qüvvələri Fələstinin qərbində yerləşən Qəzza zolağına raket zərbələri endirib.

AZİNFORM.AZ “Associated press” agentliyinə istinadən xəbər verir ki, atılan 40 yaxın raket zərbələri nəticəsində 10 nəfər ölüb.

Yaralı sayının isə 55-ə yüksəldiyi bildirilib.

İsrail Müdafiə Nazirliyindən verilən açıqlamada, Müdafiə Qüvvələri son zamanlar Fələstin İslami Cihad Təşkilatının müxtəlif hərbi məntəqələrinə hücum edib və çoxlu sayda fəal məhv edilib.





up