Rusiya və Türkiyə arasında yeni ANLAŞMA – Putin Ərdoğana TƏŞƏKKÜR ETDİ
5-08-2022, 19:58

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

AZİNFORM.AZ xəbər verir ki, Soçidə iki lider arasın da görüş başlayıb.

Putin görüşdə Ərdoğana taxıl, o cümlədən Rusiya məhsulları və gübrələrin tədarükü ilə bağlı razılaşmaların əldə edilməsində oynadığı rola görə təşəkkür edib.

Rusiya prezidenti Rusiya ilə Türkiyə arasında ticarət-iqtisadi əlaqələrin inkişafı haqqında memorandum imzalamağı planlaşdırdığını açıqlayıb.

Ərdoğan Türkiyə və Rusiyanın ikitərəfli münasibətlərdə yeni səhifə açacağına ümid etdiyini bildirib.





up