“Londonda yerləşən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarcadır” - Səfir
5-08-2022, 11:09

“Londonda yerləşən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarcadır”.

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov tviterdə yazıb.

“Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır. Hazırda Bakıdayam və həmkarlarımızın təhlükəsizliyinə olan təhdidlərə baxmayaraq, təhlükəsiz olduqlarını görməkdən məmnunam”, - deyə o əlavə edib.

Hazırda Londonda olan Azərbaycan diplomatları təzyiq və təhlükə altındadır:

“Vətəndaşlarımızın, o cümlədən səfirlik əməkdaşlarının təhlükəsizliyi bizim əsas prioritetimizdir. Hazırda Londonda olan Azərbaycan diplomatları təzyiq və təhlükə altında olsa da, işlərini davam etdirirlər”, - səfir qeyd edib.





up