Azərbaycanda 4-cü doza nə vaxt vurulacaq? - AÇIQLAMA
2-08-2022, 10:03

Son günlər ölkəmizdə koronavirusa yoluxma sayı sürətlə artır.

AZİNFORM.AZ xəbər verir ki, ötən gün Azərbaycanda koronavirusa 434 yeni yoluxma qeydə alınıb, 324 nəfər isə müalicə olunaraq sağalıb.

Məlumata görə, sutka ərzində koronavirusdan 1 nəfər vəfat edib.

Ölkədə indiyədək 798 838 nəfər koronavirusa yoluxub. Onlardan 786 682 nəfər müalicə olunaraq sağalıb, 9 748 nəfər vəfat edib, aktiv xəstə sayı 2 408 nəfərdir.

Yoluxanların sayının artması peyvənd məsələsini yenidən aktual edir. Bildiyiniz kimi, yoluxmanın az olduğu zamanlarda peyvənd edilənlərin də sayı azalmışdı. Əhalinin əksəriyyəti “buster” doza vurdursa da, 4-cü doza vurduranların sayı çox deyil. Məlumdur ki, 4-cü doza könüllülük şəraitində aparılır. Yoluxmanın çoxalması isə 4-cü dozanın da məcburi olacağı barədə fikir yaradıb.

Maraqlıdır, hazırkı şəraitdə 4-cü dozaya ehtiyac varmı? 4-cü doza vaksini kimlər vurdurmalıdır? Dia.az-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov bildirib ki, adətən vaksinlər 10 il müddətinə yoxlanılır ki, neçə müddətdən bir peyvəd vurulsun, nə qədər doza tətbiq olunsun:

“Lakin bu xəstəlik bizi anidən yaxaladığına görə, həkimlər məcbur oldu ki, o vaksinlər tez hazırlansın, vəziyyətin qarşısı alınsın. Məhz dozalar arasında dəqiqliklə nə qədər vaxtın olmasın zaman göstərə bilər. “Buster” dozanı vurduran şəxslər yenidən yoluxarsa, deməli əlavə dozanın vurulmasına ehtiyac yaranacaq. Amma neçə dozaya ehtiyac olacaq, bunu əvvəldən demək çətindir. Könüllü şəkildə 4-cü dozanı vurdurmaq istəyənlər vurdura bilər. Fikrimcə, “buster” doza vurduranlar hələ gözləsin, bəlkə virusa yoluxmayacaqlar. Amma yoluxacaqları təqdirdə 4-cü dozanı vurdura bilərlər".





up