Hakimi yumruqla vuran futbolçu həbs olundu
1-08-2022, 17:22
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Argentinada "İndependensiya de Çaves" və "Deportivo Qarmense" arasında keçirilən regional liqa matçında insident baş verib.

Məlumata görə, qonaq komandanın oyunçusu Kristian Tiro matçın qadın baş hakimi Dalma Kortadiyə hücum çəkib.

Referinin qərarlarından narazı qalan futbolçu arxadan onun baş nahiyəsinə zərbə endirib. Xoşbəxtlikdən, zərbə dəqiq alınmayıb və Kortadi yüngül xəsarətlə xəstəxanaya yerləşdirilib.

İddiaya görə, həmin hadisədən sonra oyun yarımçıq dayandırılıb, Tiro isə həbs olunub.





up