Gömrük xidmətinin daha bir generalı həbs edilib.
Məlumata görə, həbs edilən Gömrük xidmətinin əməliyyat və istintaq baş idarəsinin general-mayoru Rəsulov Məsum Eynalı oğlu keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılıb.
Rəsulov Məsum Eynalı oğlu 1974-cü ilin iyun ayının 21-də anadan olub. O, 9 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi işləyib. 2018-ci ildən Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi vəzifəsində və Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı. /haqqın.az/
AZİNFORM.AZ