ŞOK GÖRÜNTÜLƏR - Qadın ərinin zorla müharibəyə göndərilməsinə qarşı çıxdı - VİDEO
29-06-2022, 13:27
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Rusiyanın nəzarətinə keçən Donetskdə kişilər küçələrdə tutularaq zorla səfərbərliyə cəlb olunur. Makeyevkadan olan görüntülər bunu bir daha sübut edir.

AZİNFORM.AZ xəbər verir ki, kadrlarda rusiyalı hərbçilərlə ərinin zorla döyüşə aparılmasına qarşı çıxan qadın arasında mübahisə əks olunub.

Məlum olur ki, hərbçilər küçədə evinə gedən kişiyə yaxınlaşıblar, onun sənədlərini alıblar və özləri ilə aparmaq istəyiblər. Ərinin köməyinə çatan qadın isə buna qətiyyətlə etiraz edib.

Qadın hərbi vəziyyət olmadan kişilərin məcburən orduya aparıldığını və artıq bir çox qohumunun müharibədə öldüyünü bildirib.

“Biz Ukrayna vətəndaşıyıq, uşağımız əlildir, bizdən əl çəkin”, - deyə qadın çığırıb.

Ukrayna pasportu təqdim etmələrinə baxmayaraq hərbçilər kişiyə çağırış vərəqəsi təqdim ediblər.


AZİNFORM.AZ



up