Krıma müdaxilə 3-cü dünya müharibəsi deməkdir
29-06-2022, 04:21
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

“Hansısa NATO ölkəsinin Krımın statusunu dəyişdirməyə cəhd etməsi 3-cü dünya müharibəsi deməkdir”.

AZİNFORM.AZ xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev belə açıqlama verib. O bildirib ki, Krım Rusiyanın torpağıdır. Onun sözlərinə görə, Krıma müdaxilə etmək Rusiyaya müharibə elan etməkdir. Medvedev İsveç və Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə sərhədə “İsgəndər” raketlərinin yerləşdiriləcəyini açıqlayıb.





up