2 aylıq hamilə arvadını öldürən ər tutuldu - VİDEO
23-06-2022, 14:58

2 aylıq hamilə arvadını tapança ilə öldürərək qaçan qatil ər polis qrupları tərəfindən yaxalanıb. 

AZİNFORM.AZ xəbər verir ki, cütlük arasında yaranan mübahisədən sonra Ayhan Yılmaz özü ilə gətirdiyi silahla Rabia Yılmazı vuraraq hadisə yerindən qaçıb.

Rabia Yılmazın cənazəsi dünən göz yaşları içində torpağa tapşırılıb.

 

 Qeyd edək ki, hadisədən sonra qaçan Ayhan Yılmaz gecə saatlarında polis qrupları tərəfindən yaxalanıb.

Nəzarətə alınan Yılmazın ifadəsindən sonra bu gün ədliyyəyə sövq ediləcəyi bildirilib.

AZİNFORM.AZ





up