Deputat maaşından gileyləndi: “Benzin xərcləri, maddi məsələlər var, maaşımız artırılsa, yaxşı olar...”
22-06-2022, 21:46
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

“Deputatların maaşlarının artırılması ilə bağlı heç bir rəsmi açıqlama yoxdur. Bu barədə rəsmi sənəd də imzalanmayıb. Millət vəkilləri tez-tez seçicilərlə görüşə getməlidirlər, tədbirlərdə iştirak etməlidirlər. Bu məsələlər vacibdir, nəzərə alınmalıdır. Bəzi deputatlar rayonda yaşayırlar, bəziləri rayonlar üzrə seçki dairlərini təmsil edirlər. Dəfələrlə rayona gedib-gəlirlər. Elə-belə alınmır...”

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

“Şəxsi avtomobillə gedəndə, benzinə pul xərcləyirik.  Benzin, amortizasiya xərcləri, maddi məsələlər var... Bunlar hamısı nəzərə alınmalıdır. Maaşlar artırılsa, əlbəttə, yaxşı olar”, - deputat bildirib.





up