Prezident İlham Əliyev: Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacaq
22-06-2022, 21:01
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı. Dünən Daşkənddə, bu gün Xivədə, Ürgəncdə, Xarəzm vilayətində olmağımdan çox məmnunam. Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır.

AZİNFORM.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təşkil edilən qəbulda konsert proqramını dinlədikdən sonra söyləyib.

Dövlətimizin başçısı deyib ki, mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur və bu, xalqlarımızın birliyini göstərir.

"Bu gün yeni Özbəkistanı mən özüm üçün kəşf etdim. Yeni Özbəkistan qardaşımın simasında, sizin simanızda çiçəklənir. Yeni Özbəkistanın həyatı uğurlu olsun, xeyirli olsun. İnşallah, hamımız - özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq", - deyə dövlətimizin başçısı vurğulayıb.





up