Dünya çempionatı: Azərbaycan paralimpiyaçısı qızıl medal qazanıb
15-06-2022, 22:00
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Azərbaycan para-üzgüçüsü Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən AZİNFORM.AZ-a verilən məlumata görə, Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi 100 metr məsafəyə brass üsulu ilə üzmə növündə 1.05.66 dəqiqəlik nəticə göstərib.

Bununla milli komandanın yarışda qazandığı medalların sayı 4-ə çatıb. Daha əvvəl Roman Saley 1 qızıl və 2 gümüş medal əldə edib.





up