Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə vəfat etdi
14-06-2022, 10:00
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Kəlbəcərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə baş verib.

AZİNFORM.AZ xəbər verir ki, hadisə ötən gün saat 16:30-da Çopurlu kəndi yaxınlığında baş verib. Belə ki, hərbi hissənin ərazisində 2003-cü il təvəllüdlü əsgər Əliyarov Riyad Məmməd oğlu yüksək gərginlikli cərəyan vurması nəticəsində vəfat edib.

 R.Əliyarov Xaçmaz rayonunun Xudat şəhərindəndir. Vəfat edən əsgərimizin özündən böyük 2 qardaşı var. O, evin son beşiyidir.

R.Əliyarovun valideynləri Xudatda zəhmətkeş insanlar kimi tanınır.

Qeyd edək ki, Riyad Əliyarov sabah Xudat şəhərində torpağa tapşırılacaq.

AZİNFORM.AZ





up