Bu il "son zəng" hansı formada keçiriləcək? - Nazir açıqladı - VİDEO
4-06-2022, 22:18

Bu il "son zəng"in hansı formada keçirilməsi Operativ Qərargahın verəcəyi qəraradan asılı olacaq.

AZİNFORM.AZ-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanda COVID-lə bağlı məsələlər Operativ Qərargahla məsləhətləşmə əsasında həyata keçirilir. "Pandemiya şəraiti davam etsə də, yəqin ki, ənənəvi qaydada "son zəng"in keçirilməsi mümkün olacaq",- deyə nazir qeyd edib.

Emin Əmrullayev bağçalarda qidaların saxlanmasında və infrastrukturda ciddi problemlər müşahidə edildiyini də vurğulayıb. Bildirib ki, qida rasionu ilə bağlı bağçalarda ilkin müşahidələr, monitorinqlər davam edir. Onun sözlərinə görə, qidalanma ilə bağlı sənədlər 1994-cü ildə təsdiq olunub və üzərindən kifayət qədər vaxt keçib.

Emin Əmrullayev onu da bildirib ki, hazırda ölkəmizdə təmirə ehtiyacı olan məktəblərin siyahısı hazırlanır. Bununla bağlı nəticələr yaxın iki həftəyə hazır olacaq.

Nazir "Formula-1" günlərində paytaxtdakı bəzi məktəblərin fəaliyyətinə də aydınlıq gətirib. Qeyd edib ki, bununla bağlı məktəblərin yerləşməsindən asılı olaraq müxtəlif qərarlar verilə bilər.





up