Yanvar-martda qeydə alınan nikah və boşanmaların sayı açıqlandı
18-05-2022, 08:02
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk üç ayı ərzində 14606 nikah və 3618 boşanma halları qeydə alınıb

Bu barədə Dövlət Statistika Komitəsinin aprel hesabatında qeyd olunub.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2-dən 5,9-a qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.


AZİNFORM.AZ





up