Medvedev: "Rusiya Üçüncü Dünya Müharibəsinin başlamasına imkan verməyəcək"
18-05-2022, 04:00
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Rusiya Üçüncü Dünya müharibəsinin başlamasına imkan verməyəcək.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Sarovdakı nüvə mərkəzinə səfərindən sonra özünün teleqram kanalında bildirib.

O, ölkənin nüvə sipərini müasir, etibarlı, effektiv silahların arsenalı adlandırıb.

"Biz belə vəziyyətə yol verməyəcəyik. Amma daim xatırlatmaq məcburiyyətindəyik ki, ölkəmizə hücum olarsa, dərhal cavab verilə bilər", - Medvedev yazıb.



AZİNFORM.AZ





up