Goranboyda "Toyota Prius" qəzaya düşdü - xəsarət alanlar var
17-05-2022, 20:52
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistralının rayonun Dəlməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Toyota Prius"un sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı arakəsməyə çırpılıb. Qəza zamanı sürücü – 1996-cı il təvəllüdlü Hüseynli Toğrul və sərnişin 1990-cı il təvəllüdlü Musayev Nail xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.  /apa/


AZİNFORM.AZ





up