Bakıda şadlıq sarayında yanğın
14-05-2022, 23:30

Bakıda şadlıq sarayında yanğın olub.

 

 Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verib.

 

Məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 2400 m² (hər mərtəbəsi 600 m²) olan dördmərtəbəli şadlıq sarayının dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

 

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

 

Şadlıq sarayının qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın söndürülüb. 


AZİNFORM.AZ





up