Bakıda polkovnik-leytenant iş başında öldü - VİDEO
14-05-2022, 19:30
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib.

Hadisə bu gün Xətai Rayon Polis İdarəsinin inzibati binasında baş verib.

İdarənin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Anar oğlu Səfərov xidməti otağında olarkən onun halı qəfil pisləşib.

Dərhal təcili tibbi yardım xidmətinə müraciət edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.  



AZİNFORM.AZ





up