Ukraynada müharibə başlayandan bəri Rusiya və ABŞ müdafiə nazirləri arasında ilk danışıq baş tutub
14-05-2022, 00:00

Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub.


Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Lloyd Ostin ilə aktual beynəlxalq məsələləri, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə edib.

Bu, nazirlərin fevralın 18-dən sonra ilk ünsiyyətidir.

Pentaqonun yaydığı məlumata görə, ABŞ rəsmisi Ukraynada atəşin dərhal dayandırılmasına çağırıb və Rusiya ilə əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb. /trend/



   AZİNFORM.AZ





up