Xanım sürücü idarəetməni itirdi, maşın duz gölünə aşdı: üç azyaşlı övladı xəsarət aldı
13-05-2022, 11:20

Masazır qəsəbəsində idarəetmədən çıxan avtomobil aşıb.

AZİNFORM.AZ  APA-ya istinadla xəbər verir ki, hadisə Novxanı şosesində qeydə alınıb.

Xanım sürücü idarəetməsində olan “BMW” markalı maşınla yol kənarında yerləşən duz gölünə aşıb. Qəza nəticəsində sürücü və onun üç azyaşlı övladı müxtəlif bədən xəsarətləri alaraq 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.





up