Binanın səkkizinci mərtəbəsindən sallanan üç yaşlı uşağı xilas etdi - VİDEO
12-05-2022, 23:45

37 yaşlı kişi binanın səkkizinci mərtəbəsində pəncərədən sallanan üç yaşlı uşağı xilas edib.

Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Hadisə Qazaxıstanın Nur-Sultan şəhərində baş verib. Məlumata görə, özü 4 uşaq atası olan Sabit Şontakbayev iki həftə öncə şəhərə köçüb.

Şontakbayev mükafatlandırılmaq üçün Fövqəladə Hallar Departamentinə dəvət olunub.


AZİNFORM.AZ



up