Azərbaycanlı rejissor vəfat etdi
12-05-2022, 13:11

Azərbaycanın tanınmış rejissoru, Əməkdar incəsənət xadimi Musa Bağırov vəfat edib.

AZİNFORM.AZ bildirir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın tanınmış kinorejissoru, ssenarist, yazıçı, Əməkdar incəsənət xadimi Musa Bağırov bu gün vəfat edib.

Qeyd edək ki, Musa Bağırovun iki gün öncə 90 yaşı tamam olmuşdu. O Azərbaycanda bir çox filmlərin rejissoru, ssenari müəllifi olub.





up