Bakıda polis bölməsində özünü pəncərədən atan şəxslə bağlı AÇIQLAMA
11-05-2022, 10:20

Bakıda polis bölməsində özünü pilləkəndən ataraq intihara cəhd edən şəxsin xəsarətləri məlum olub.
AZİNFORM.AZ Trend-ə istinadən xəbər verir ki, dünən axşam saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilən Təbriz Abbasovda çoxsaylı sınıqlar müşahidə edilib.
Hadisə nəticəsində T. Abbasov sol dirsək sümüyünün proksimal oynaqdaxili qəlpəli sınığı, sol baldır sümüyünün qapalı sınığı və boyun əzilməsi xəsarətləri alıb. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, hadisə dünən Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb.
Sabunçu rayonu ərazisində şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilən narkotik aludəçisi və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən,1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu özünü bölmənin ikinci mərtəbəsindən yerə atıb.
T.Abbasov ağır bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.




up