Holannın keçidi “Mançester Siti”yə 250 milyon avroya başa gələ bilər
10-05-2022, 16:42

Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Erlinq Holannın keçidi İngiltərə “Mançester Siti”sinə 250 milyon avroya başa gələ bilər.

AZİNFORM.AZ “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər” 22 yaşlı hücumçunun sərbəst qalması üçün Dortmund təmsilçisinə 75 milyon avro ödəyəcək.

Norveçli forvardın 5 illik maaşı və müqavilə məbləği 125 milyon avro təşkil edəcək. 50 milyon avro isə oyunçunun agentlərinə və nümayəndələrinə veriləcək.

Holannın artıq Belçikanın paytaxtı Brüsseldə olduğu və tibbi müayinədən keçdiyi bildirilir. “Mançester Siti”nin həftəsonunadək transferi rəsmən açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Erlinq Holann 2020-ci ilin əvvəlindən Dortmund təmsilçisində çıxış edir. Gənc forvard “Borussiya”da 88 oyuna 85 qol vurub.





DİGƏR XƏBƏRLƏR
up