"BMW" heykələ çırpıldı, yaralılar var
5-05-2022, 23:00
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Şəmkirdə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZİNFORM.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Çinarlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan BMW markalı minik avtomobilin idarəetmədən çıxaraq, yolun kənarındakı qadın heykəlinə çırpılması nəticəsində üç nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.





up