O, Zelenskinin yerinə prezident olmağa iddialıdır
11-08-2022, 21:06

Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviç gözlənilməz açıqlama verib.

AZİNFORM.AZ bildirir ki, siyasətçi uzunmüddətli planlarını - Ukrayna prezidentliyinə namizəd olmaq niyyətini açıqlayıb.

Ancaq eyni zamanda o, dərhal vacib bir qeyd edib, arzusunun həqiqət ola biləcəyi şərti vurğulayıb.

Müşavirin sözlərinə görə, o, həqiqətən də ən yüksək dövlət vəzifəsi uğrunda mübarizədə iştirak etməyə hazırdır, ancaq Zelenski ikinci müddətə namizədliyini irəli sürməsə.

Arestoviç Zelenski ikinci müddətə namizədliyini irəli sürməsə, prezidentliyə namizəd olmaq niyyətində olduğunu açıqlayıb.

Xatırladaq ki, Ukraynada növbəti prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Vladimir Zelenski hələ ki növbəti dəfə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlamayıb.





up