15 milyonu ödəməmək üçün özünü pulsuz göstərməyə çalışır - FOTO
20-06-2022, 19:28

Aktrisa Amber Hörd keçmiş həyat yoldaşı Hollivud ulduzu Conni Deppə məhkəmədə uduzduqdan sonra 15 milyon dollarlıq təzminatı ödəyə bilməməsi ilə gündəmdən düşmür.

AZİNFORM.AZ axşam.az-a istinadən xəbər verir ki, aktrisa ötən gün Nyu-Yorkda endirimli məhsulların satıldığı (outlet) mağazadan alış-veriş edərkən görüntülənib. Onun yanında bacısı Uitni Henrikes də olub.

Alış-verişdən olan fotolar sosial şəbəkələrdə yayıldıqdan sonra bir çox izləyici Emberin bu addımı maddi imkanının olmadığını göstərmək üçün qəsdən atdığını yazıb.

 





up