Kəndlərə silahlı hücum, 48 nəfər öldürüldü
8-05-2022, 22:26

Nigeriyanın Zamfara əyalətində baş vermiş silahlı hücum nəticəsində 48 nəfər öldürülüb.

 

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Bakura bölgəsinin administrasiya rəhbəri Aminu Süleyman məlumat yayıb.

 

Onun sözlərinə görə, silahlı qruplar üç kəndə hücum edib.

 

“Hücum nəticəsində 48 nəfər həyatını itirib, xeyli sayda yaralı var. Cinayətkarlar polis maşınını çevirərək yandırıb və iki polisi qətlə yetirib. Bundan başqa, xeyli sayda ev yandırılıb”, - məlumatda qeyd olunub. /modern.az/





up