Prezident Azərbaycan xalqına başsağlığı verdi - FOTO
13-09-2022, 21:14

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində şəhid olan hərbçilərimizlə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbayfan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin qanı yerdə qalmadı!".






up