Prezident onu İsrailə səfir təyin etdi - FOTO
11-01-2023, 15:00

Prezident İlham Əliyev Muxtar Məmmədovla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, M. Məmmədov Azərbaycanın İsraildəki ilk səfiridir. Belə ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin İsraildə (Təl-Əviv şəhərində) səfirliyin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.

 






up