Operativ Qərargah sutka üzrə koronavirus statistikasını açıqladı
12
11-01-2022, 17:42
Sağlamlıq

Azərbaycanda koronavirusa 673 yeni yoluxma faktı qeydə alınıb, 392 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 622 236 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606 311 nəfər müalicə olunaraq sağalıb, 8 471 nəfər vəfat edib, aktiv xəstə sayı 7 454 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 333, ötən müddət ərzində isə ümumilikdə 5 957 603 test aparılıb.


 

 






up