Türkiyədə koronavirus xəstələrinin 10 faizindən çoxu "omikron" ştamına yoluxub
18
26-12-2021, 04:24
Sağlamlıq

 

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 145 nəfər dünyasını dəyişib. Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib. Nazirin yeni növ koronavirusla bağlı yaydığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 357 min 536 nəfərin test edildiyi, 20 min 470 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 22 min 109 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 128 milyon 349 min 256 peyvənd tətbiq edilib ki, bunun 91,49 faizi birinci, 82,79 faizi ikinci mərhələ vaksinasiya olunanlardır. 

Fəxrəddin Qoca həmçinin qeyd edib ki, Türkiyədə koronavirus xəstələrinin 10 faizindən çoxu "omikron" ştamına yoluxub. "Bu vəziyyətdə vaksinin gücləndirici dozasının tətbiqinə ehtiyac daha da artır”, - F.Koca deyib.

Ölkədə "omikron" ştamına ilk yoluxma halı dekabrın 11-də qeydə alınıb. 

 






up