Gürcüstanda “omikron”a yoluxanların sayı 50-ni ötüb
19
26-12-2021, 03:58
Sağlamlıq

Gürcüstanda koronavirusun “omikron” ştamına indiyədək 51 yoluxma halı təsdiqlənib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze yerli Birinci kanala bildirib.

Onun sözlərinə görə, yoluxanlardan 5-i 18 yaşdan kiçikdir, onlardan biri 3 yaşlı uşaqdır və azyaşlı xəstəliyi simptomsuz keçirir.

Qeyd edək ki, qonşu ölkədə COVID-19-un yeni mutasiyasına ilk yoluxma faktı dekabrın 20-də qeydə alınıb. /report/

 






up