Koronavirusa yoluxan Xalq artisti xəstəxanaya yerləşdirildi
17
7-01-2022, 22:30
Mədəniyyət

Xalq artisti, kamança ustası Şəfiqə Eyvazova yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Azinform" məlumatına görə, bu barədə APA-ya Xalq artisti özü məlumat verib.

O, bir həftə əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirildiyini bildirib.

"Hazırda burada müalicə alıram. Həkimlər səhhətimin yaxşılaşmağa doğru dəyişdiyini deyir. Sağ olsunlar, əllərindən gələn köməkliyi göstərməyə çalışırlar", - Xalq artisti vurğulayıb.

Qeyd edək ki, Xalq artistinin həyat yoldaşı, kamança ifaçısı Arif Əsədullayev də koronavirusa yoluxub. O, hazırda ev şəraitində müalicə alır.

 






up