Boşanmağa hazırlaşan Hadisə Rza Zarrabla yenidən sevgilidir? - VİDEO
20-09-2022, 20:36

İş adamı Mehmet Dinçerlerdən boşanma ərəfəsində olan türkiyəli məşhur müğənni Hadisə ilə bağlı yeni iddialar ortaya çıxıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə "Söyləməzsəm olmaz" verilişində aparacı Arto deyib. O, ifaçının Cənubi azərbaycanlı iş adamı Rza Zarrabla birlikdə olduğunu deyib. Arto məlumatı yaxın çevrəsindən təsdiqlədiyini və münasibətin yeni olduğunu vurğulayıb.

Qeyd edək ki, iki il əvvəl də Hadisənin adı R.Zarrabla hallanıb. Hətta Hadisənin keçmiş sevgilisi aktyor Kaan Yıldırım ifaçıdan məhz buna görə ayrıldığını bildirib. Həmin ərəfələrdə iş adamı ilə müğənni Ebru Gündeş yeni boşanmışdı və o, bu münasibət haqqında Kaana xəbər vermişdi. Hətta bu xəbərdən sonra Hadisə Ebru ilə birlikdə münsif kürsüsündə oturduğu "O səs Türkiyə"dən ayrılıb.





up