Xalq artisti: “ Mənə yuxarıdan aşağı baxırdı, götürüb qaçırdım” - VİDEO
9-09-2022, 22:00

“Efirlərə çıxanda deyirəm ki, mən ağsaqqalam, geyinirəm, səsimi qoruyuram, benzin vururam, musiqiçilər əziyyət çəkir, geyim alır. Bunun əvəzində qonorar vermək lazımdır”.

AZİNFORM.AZ xəbər verir ki, bunu BAKU.TV-də yayımlanan “O kimdir?” verilişinin budəfəki buraxılışının qonağı Xalq artisti Alim Qasmov deyib.

O, əksər verilişlərə qonorarsız çıxmadığını qeyd edib.

Xalq artisti həyat yoldaşı ilə evlilik hekayəsindən də bəhs edib:

“Həyat yoldaşımla 8-ci sinfə qədər birlikdə oxumuşuq. O, savadlı idi, 4-5 alırdı, mən isə 2-3. Ona görə mənə yuxarıdan aşağı baxırdı. Düşündüm ki, necə ola bilər, məni bəyənmir. Sonra “xalxın qızı”nı götürüb qaçdım”.





up