"Sənət adamlarının evinə getmirəm, evimə də buraxmıram"
5-09-2022, 21:49

"Heç bilmirəm neçə yaşım var, ad günümdə necə oluram. Bəziləri deyir, ad günümdə pis oluram. Mən yaşımın artmağını hiss etmirəm. Bəlkə də bayram günü olur ona görə... Adam istəyir kefi hər gün yaxşı olsun. Zəmanədən deyil, insan özünü pozitiv etməlidir".

AZİNFORM.AZ axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gülbahar Şükürlü "Gündən-günə" proqramında deyib. Qarmon ifaçısı heç bir sənət adamı ilə dostluq etmədiyini söyləyib:

"Sənət adamları ilə dostluq etmirəm. Onların evinə getməmişəm. Evimə də buraxmıram. Elə yaxınlıq etdiyim olub ki, sonradan görmüşəm düşməndən betərdi. Dostum, sirdaşım həyat yoldaşım olub. Başqa kimlə dostluq edim? Ünsiyyət qura bilərəm, sirdaşlıq yox. Dostlar var ki, xəbərçilik edirlər, arxalarınca danışırlar. Sənət aləmində dostluq mümkün deyil".





up