Güzgüləri üçün kirayə ev tutub - FOTO
5-09-2022, 21:37

Əməkdar artist Rühəngiz Allahverdiyeva kirayədə qaldığını açıqlayıb.

AZİNFORM.AZ xəbər verir ki, müğənni bu haqda "Gündən günə" proqramında deyib. O bildirib ki, əl işləri evinə sığışmadığı üçün kirayə ev tutub:

"Güzgülər düzəldirəm. İncəsəntin hər növünə bağlıyam, hər iş əlimdən gəlir. Xınayaxdı mərasiminin atributlarını ilk mən əllərimlə düzəltmişəm. Balaca təndirə qədər düzəltmişəm. Bir ev kirayə götürmüşəm, yalandan ancaq pulum gedir. Yığmışam əl işlərimi içinə. Xına mərasimlərində bu atributları heç bilmirdilər, ilk mən etdim. İndi düşünürəm torpaqlarımız azad edildi, orada muzeylərə bağışlayacağam". /axşam.az/ 






up