Van Dammın oğlunun Bakıdakı görüntüləri maraqla qarşılandı - VİDEO
2-09-2022, 12:01

Azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlənən Hollivud aktyoru Jan-Klod Van Dammın oğlu Kris Van Damm Bakıya gəlib.

AZİNFORM.AZ xəbər verir ki, cütlük paytaxtdakı məkanların birində dostları ilə səhər yeməyi yeyib.

Suada çəkiliş apararkən isə azan səslənib.  

Suada Krisdən Azərbaycan mətbəxini bəyənib-bəyənmədiyini soruşub. “Yox, bəyənmədim, sevdim”, - deyə Kris cavab verib.

Onların bu görüntüləri maraqla qarşılanıb. 






up