Aparıcıdan İlhamə haqda şok sözlər: “Sağ olasan və o pislikləri mənə edəsən” - VİDEO
18-08-2022, 21:24

Aparıcı Sərxan Kərəmoğlu mərhum Xalq artisti İlhamə Quliyevanı yad edib.

AZİNFORM.AZ xəbər verir ki, Sərxan Kərəmoğlu müğənni barədə sosial şəbəkədə paylaşım edib.

“Tam günün sonuna qədər gözlədim. Ancaq kimsə səni yad etmədi. Həyatda axı sənin yaxşılıq etdiyin insanlar da olub. Sən çevrəndəki insanlara o qədər zərər verdin ki, onlara baxıb heç kim səni yad etmədi. 17 avqust sənin sevdiyin tarix idi. Biz bu tarixi çox təntənəli keçirirdik. Allah sənə rəhmət eləsin, İlhamə xanım. O qədər gözəl günlər yaşadıq birlikdə. Həmin o günlərin xatirəsi silinməyəcək. Kaş ki, kaş...

Hanı o insanla? Hanı o hədiyyələr? Hanı o çiçəklər? Düzünü deyim ki, hərdən o qədər yerin görünür ki... İstəyirəm, sağ olasan və o pislikləri mənə edəsən, razıyam. Məkanın cənnət olsun, sənətkar!” 

Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva 1943-cü ildə avqustun 17-də Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının, 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olub.

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə vəfat edib. O İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilib.

/teleqraf.com/


AZİNFORM.AZ



up